“Avropalılar heç vaxt Ermənistan üçün vuruşmayacaqlar” - Darya Qrevtsova

   “Avropalılar heç vaxt Ermənistan üçün vuruşmayacaqlar” -    Darya Qrevtsova
  22 Noyabr 2022    Oxunub:2809
“Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsinin bir neçə səbəbi var. Əsas səbəb Fransada çox güclü və kifayət qədər böyük erməni lobbisinin olmasıdır. O, Fransada müxtəlif strukturlarda, hökumətdə, mediada mövcuddur və öz gündəmini formalaşdıra bilir”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Darya Qrevtsova deyib. O bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Azərbaycan əleyhinə çıxışları erməni icmasını razı salmaq istəyilə bağlıdır.

“Çünki onların əksəriyyəti Makronun seçiciləri, erməni bankirlər və ya media maqnatları hətta onun seçki kampaniyasının sponsorlarıdır. Bu səbəbdən Ermənistanı dəstəklədiyini və ona sadiq olduğunu göstərməkdə maraqlıdır.
Barro: "İsrail və "Hizbullah" fürsətdən yararlanmalıdır"

Digər səbəb Fransanın Cənubi Qafqaz siyasətinə güclü təsir göstərmək və Rusiyanı oradan sıxışdırıb çıxarmaq niyyətidir. Yəni Rusiyanın diqqəti Ukrayna istiqamətinə cəmləndiyi üçün hətta sülhməramlıları bölgədən sıxışdırmağa cəhd də edə bilər. Bu planı ABŞ da dəstəkləyir. Ona görə də onlar birlikdə Ermənistanı öz tərəflərinə, daha doğrusu, Nikol Paşinyanı Qərbin tərəfinə çəkməyə çalışırlar.

Ermənistanda Rusiya əleyhinə, KTMT-dən çıxmaq tələbi ilə keçirilən mitinqlər hamımıza məlumdur. Ermənistanın Qərbdən kömək istəməsi də bununla bağlıdır. Ermənistan Azərbaycana qarşı müharibədə Rusiyanın onun tərəfini tutmamasından məyusdur və düşünür ki, bunu Rusiyanın əvəzinə avropalılar edəcəklər. Bəlkə də avropalıların Ermənistanın maraqları üçün vuruşacağına ümid edirlər. Amma bu, təbii ki, heç vaxt baş verməyəcək.

Bütün bu amillər onu göstərir ki, Fransanın regionda maraqları var və belə qətnamələr təkrarlana bilər. Amma onlar məcburi xarakter daşımır və çox güman ki, informasiya fonu, Ermənistanın və Fransanın daxili auditoriyası üçün hazırlanır”, - Qrevtsova bildirib.

Samir Vəliyev
AzVision.az


Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti