Çində karantin tədbirləri sərtləşdirildi

   Çində karantin tədbirləri sərtləşdirildi
  21 Noyabr 2022    Oxunub:632
Çində koronavirusla bağlı ölüm hallarının atmasına görə karantin tədbirləri sərtləşdirilib.
Pandemiya səbəbiylə ölüm hallarının qeydə alındığı Çinin paytaxtı Pekində bəzi məktəblər bağlanıb. Belə ki, noyabrın 19 və 20-də Pekində yaşı 87-91 arasında olan üç nəfər koronavirus xəstəsi vəfat edib.

Noyabrın 20-də paytaxtda ümumilikdə 962 yeni yoluxma faktı aşkar edilib ki, onlardan 266-sı karantin zonalarından kənarda qeydə alınıb. Sürətli artımla yanaşı, digər şəhərlərdən Pekinə gələnlərə üç günlük karantin tələbi qoyulub.

Pekin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktor müavini Liu Xiaofeng noyabrın 21-də keçirdiyi mətbuat konfransı zamanı ölkədə vəziyyətin kritik olduğunu açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti