İran millisində ciddi itki - FOTO

   İran millisində ciddi itki -    FOTO
  21 Noyabr 2022    Oxunub:823
DÇ-2022-nin ilk turunda hazırda İngiltərə ilə qarşılaşan İran millisi ciddi itki ilə üzləşib.
AzVision.az xəbər verir ki, qapıçı Əlirza Beyrənvand komanda yoldaşı ilə toqquşaraq zədələnib.

Burnundan xəsarət alan təcrübəli qolkiper oyunu davam etdirə bilməyib və 18-ci dəqiqədə əvəzlənməli olub. Onun əvəzinə meydana Husseyn Husseyni daxil olub.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.



AzVision.az


Teqlər:





Xəbər lenti