İsrail Rusiyaya xəbərdarlıq etdi

   İsrail Rusiyaya xəbərdarlıq etdi
  21 Noyabr 2022    Oxunub:873
İsrail İrandan aldığı dronların Ukrayna ərazisində mümkün istifadəsi ilə bağlı Rusiyaya etiraz edib.
Israel National News xəbər verir ki, bunu İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Hulata deyib.

Hulata Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. O, Rusiyanı atılacaq bu addımlarla bağlı xəbərdar edib.

“İranın səyləri qarşılanmasa, Rusiya öz istehsalı olan dəqiq idarə olunan raketləri də Ukrayna ərazisində yerləşdirə bilər”.

İsrail hesab edir ki, İran artıq təhvil verilmiş Şahed-136 pilotsuz təyyarələrinə əlavə olaraq Rusiyaya ballistik raketlər də ötürməyə hazırlaşır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti