Suriyadan Türkiyəyə yenidən raket atıldı - YENİLƏNİB

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
***
Qaziantepin Karkamış rayonuna raket hücumu nəticəsində ölənlərin sayı artıb.
Biri uşaq, biri müəllim olmaqla 3 nəfər həyatını itirib, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
***
PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.
AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub. Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.
AzVision.az
Teqlər: