Tokayev qalib gəldi

   Tokayev qalib gəldi
  21 Noyabr 2022    Oxunub:1030
Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31% səslə qalib gəlib.
Seçkilərin ilkin nəticələrini ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb. Qasım-Jomart Tokayevə 6 milyon 456 min 392 nəfər səs verib.

İkinci yerə namizəd Jiquli Dairbayev 3,42% səs toplayıb. Digər prezidentliyə namizədlər iki faizdən bir qədər çox səs qazanıb.

Ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentlik postuna 6 namizəd mübarizə aparıb, seçici fəallığı 69,43 faiz təşkil edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti