Hulusi Akar antiterror əməliyyatını şəxsən izləyir - FOTOLAR

   Hulusi Akar antiterror əməliyyatını şəxsən izləyir -    FOTOLAR
  20 Noyabr 2022    Oxunub:758
“Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları dağıdılıb. Biz onları yaxından izləyirik”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib. Onun sözlərinə görə, antiterror əməliyyatında yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb: “Biz ölkəmizi və millətimizi 40 ildir davam edən terror bəlasından xilas etmək əzmindəyik, qərarlıyıq və bunu bacarırıq. Biz şəhidlərimizin, günahsız insanların qanını heç vaxt yerdə qoymamışıq, qoymuruq, qoymayacağıq!”.

Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib.







AzVision.az



Teqlər:





Xəbər lenti