Krımda yeni tatar davası

Krımda yeni tatar davası
  11 May 2014    Oxunub:1050
Krım tatar xalqının lideri Mustafa Cəmilov gələn həftə yarımadada baş verə biləcək qarşıdurmadan ehtiyat etdiyini deyib.

AzVision.az xəbər verir ki, Cəmilov deyib ki, bu, yeni hakimiyyətin mayın 18-də tatarlara deportasiya edilmələrinin 70 illiyi ilə bağlı mitinq keçirməyə icazə verməməsi ilə bağlı ola bilər. Onun sözlərinə görə, tatarlar həmin tarixi həmişə geniş tədbirlərlə qeyd edirlər.

Mayın 4-də Krım prokuroru Natalya Poklonskaya Krım tatarlarını mitinq hazırlıqlarını dayandırmağa çağırıb.

Krım tatarları 1944-cü il mayın 18-dən 20-ə kimi Stalin tərəfindən Özbəkistana, Qazaxıstana və Tacikistana deportasiya ediliblər.



Teqlər:





Xəbər lenti