ABŞ-ın vitse-prezidenti Çin liderinə çağırış etdi

Qeyd edək ki, İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib.
Ağ Evdən bildirilib ki, Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.
Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, Si Cinpin Baydenə Tayvanın müstəqilliyinin mümkünsüzlüyünə işarə edib. ÇXR rəhbəri, həmçinin bildirib ki, Ukrayna böhranının həlli üçün beynəlxalq birlik bir sıra şərtləri yerinə yetirməlidir.
Məlumat üçün bildirək ki, ÇXR-in sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüş üç saat yarımdan çox davam edib.
AzVision.az
Teqlər: