"Fransa Cənubi Qafqazda qüvvələr balansını dəyişməyə çalışır" - Dmitri Qalkin
- Buna görə də, Fransa 1990-cı illərin əvvəllərindəki planlarını xatırlayıb və yenidən Cənubi Qafqazda özünü Ermənistanın müdafiəçisi və himayədarı kimi təsdiqləməyə çalışır. Üstəlik, indi Fransa otuz il əvvəlki ilə müqayisə olunmayacaq dərəcədə əlverişli vəziyyətdədir. Təkcə ona görə yox ki, Ermənistan effektiv hərbi-siyasi dəstək verməyə qadir olan müttəfiq kimi Rusiyaya inamını xeyli dərəcədə itirib. Unutmaq olmaz ki, bu gün Rusiya Türkiyə ilə münasibətləri korlamaqdan qorxur və buna görə də, Ermənistanla Azərbaycan arasındakı münaqişədə balanslı mövqe tutmağa məcburdur. Amma Fransa üçün belə bir məhdudiyyət yoxdur. Əksinə, Cənubi Qafqazda Türkiyə ilə qarşıdurma Fransaya sərf edir, çünki bundan Yaxın Şərqdəki maraqlarını qorumaq üçün Türkiyəyə təzyiq vasitəsi kimi istifadə oluna bilər,- D.Qalkin qeyd edib.
Politoloq əmindir ki, Avropa İttifaqına bitişik regionlarda türk təsirinin artmasından narahat olan Avropa bürokratiyası Fransanın Cənubi Qafqazda uğur qazanmasında birbaşa maraqlıdır: “Ona görə də, Aİ rəhbərliyi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakçı olmasına hər vasitə ilə kömək edəcək. Fransa isə öz növbəsində Ermənistanı hərbi təcavüzün qurbanı kimi təqdim etməyə çalışacaq ki, özünün Cənubi Qafqazda qüvvələr nisbətini dəyişmək səyinə haqq qazandırsın”.
Samir Vəliyev
AzVision.az
Teqlər: Fransa