"Rusiyanın mövqeyi bizə uyğundur" – Paşinyan

   "Rusiyanın mövqeyi bizə uyğundur" –    Paşinyan
  02 Noyabr 2022    Oxunub:717
"Dağlıq Qarabağın statusu" məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur. AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentində dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib.
Qeyd edək ki, Soçi bəyannaməsində Qarabağda yaşayan azsaylı ermənilərlə bağlı hər hansı bir siyasi məsələyə, ümumiyyətlə qondarma status iddialarına toxunulmayıb.

Yalnız dünən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlama verərək qeyd edib ki, keçmiş "Dağlıq Qarabağ"ın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq daha düzgün olardı. Yəni gələcək nəsillər bu məsələ ilə məşğul olmalıdırlar.

Paşinyan bunun Rusiya tərəfinin mövqeyi olduğunu xatırladıb və qeyd edib ki, indi hamı üçün məqbul olan hansısa statusun əldə edilməsi qeyri-mümkündür. Erməni baş nazir qeyd edib ki, Rusiyanın mövqeyi hökumətin yanaşmasına tam və 100% uyğundur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti