Rusiya və İran strateji əməkdaşlıq müqaviləsi imzalayıb

Rusiya və İran strateji əməkdaşlıq müqaviləsi imzalayıb
  01 Noyabr 2022    Oxunub:989
Rusiya və İran arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, sənədi Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oci ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında imzalayıblar.

Bununla yanaşı, İranda dəmir yolu xətlərindən birinin elektrikləşdirilməsi üçün kredit sazişi və səhiyyə sahəsində əməkdaşlıq memorandumu da qəbul olunub.

Qeyd edək ki, oktyabr ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehran və Moskvanın 2022-ci ilin sonuna qədər iki ölkə arasında hərtərəfli əməkdaşlıq sazişi imzalayacağını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti