Taxıl müqaviləsi bu şərtlə bərpa oluna bilər

Taxıl müqaviləsi bu şərtlə bərpa oluna bilər
  01 Noyabr 2022    Oxunub:1071
Kiyev taxıl müqaviləsinin müddəalarından öz hərbi məqsədləri üçün istifadə etməyi dayandırmalıdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

"Əgər Ukrayna bu şərtə təminat verə bilsə, o zaman Rusiya müqavilədə iştirakını bərpa etməyi nəzərdən keçirəcək", - nazir müavini vurğulayıb.

Həmçinin bildirilir ki, xarici işlər nazirinin müavini Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti