Müdafiə nazirləri taxıl müqaviləsi məsələlərini müzakirə ediblər

Müdafiə nazirləri taxıl müqaviləsi məsələlərini müzakirə ediblər
  01 Noyabr 2022    Oxunub:761
Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə taxıl müqaviləsini müzakirə edib.
AzVision.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Noyabrın 1-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Türkiyə tərəfinin təşəbbüsü ilə Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb”, - nazirlikdən bildirilib.

Rusiya Müdafiə Nazirliyi “Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını Rusiya tərəfinin dayandırması” mövzusunun müzakirəsinin davam etdirildiyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti