Azərbaycan və Rumıniya arasında Fəaliyyət Planı imzalandı
Bu il Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü qeyd edən nazir 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin, ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin əlaqələrimizin genişlənməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
O, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsində bu ilin yanvar-avqust aylarında da 76,45 faiz artım olduğunu, Azərbaycan və Rumıniya Hökumətləri arasında Birgə Komissiyanın fəaliyyətini, Komissiyanın bu ilin iyun ayında Bakıda 6-cı iclasının keçirildiyini qeyd edib.
Azərbaycanda son illər sosial sahədə aparılan islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, müasir və çevik idarəetmənin, şəffaf və operativ, proaktiv xidmətlərin təşkili ilə bağlı görülən işlər, DOST konsepsiyası barədə məlumat verib.
S.Babayev həmin islahatların uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini, Nazirlik qurumlarının bu günlərdə daha 3, ümumilikdə bu il 11 beynəlxalq mükafatla təltif edildiyini vurğulayıb. Nazir sosial sahədə Rumıniya ilə ikitərəfli əlaqələrin inkişafı, nazirliklər arasında müqavilə-hüquq bazasının genişləndirilməsi üçün potensial olduğunu qeyd edib.
M.K.Budey Azərbaycana səfərindən məmnunluğunu və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, sosial sahədə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün səylərini artırmaqda olduqlarını, bu sahədə bilik və qabaqcıl təcrübələrin mübadiləsinə maraq göstərdiklərini vurğulayıb.
Görüşün yekunu olaraq S.Babayev və M.K.Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.
Sənəddə DOST mərkəzləri modelinin Rumıniyada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün ekspertlərdən ibarət birgə işçi qrupun yaradılması və fəaliyyətinin təşkili də yer alır.
Fəaliyyət planında həmçinin əmək bazarının monitorinqi və proqnozlaşdırılması, aktiv məşğulluq proqramları, əmək müfəttişlərinin peşəkarlığının artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı və sosial müavinətlər, sosial xidmətlər, əlillik və reabilitasiya, digər sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi çərçivəsində ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulur.
Həmçinin ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin ölkəmizdə dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, vətəndaş məmnunluğuna imkan verən DOST modelinin üstünlükləri barədə məlumat verib.
Qeyd olunub ki, DOST konsepsiyası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsüdür. Bu konsepsiya Azərbaycanda dövlət sosial xidmətlərindən ibarət 153 xidmətin “bir pəncərə”dən, tam şəffaf, çevik, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun qurulmasına imkan verib. Vətəndaşların DOST mərkəzlərində onlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,2 faizdir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən qonaqlar üçün DOST konsepsiyasına dair təqdimat edilib.
Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində S.Babayev və M.K.Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.
Sənəddə DOST təcrübəsinin Rumıniyada tətbiqi perspektivlərinin dəyərləndirilməsi də əksini tapır.
AzVision.az
Teqlər: