Roma dövrünə aid tabutdan insan sümükləri tapıldı

Roma dövrünə aid tabutdan insan sümükləri tapıldı
  01 Noyabr 2022    Oxunub:700
Türkiyənin Bolu vilayətində qazıntı zamanı daş tabut tapılıb. Roma dövrünə aid olduğu güman edilən tabutda 3 insana aid insan sümük və göz yaşları şüşəsi aşkarlanıb.
Bundan sonra qazma işləri dayandırılıb, vəziyyətin aydınlaşdırılması üçün əraziyə muzey rəhbərliyi gəlib. Baxış zamanı Roma dövrünə aid olması ehtimal edilən daş tabut kranla yerdən çıxarılıb.

Onun içində toplanmış su boşaldılıb və eyni ailənin üzvüləri olduğu düşünülən 3 insan sümüyü və göz yaşı şüşəsi götürülüb.



Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti