Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

   Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi
  01 Noyabr 2022    Oxunub:1409
Rusiyanın ən böyük banklarından olan "Tinkoff Bank"ın təsisatçısı Oleq Tinkov Rusiya vətəndaşlığından imtina edib.
O, bazar ertəsi verdiyi açıqlamada “Rusiya vətəndaşlığından çıxmaq qərarını aldım. Qonşusunu və günahsız insanları hər gün öldürən ölkə ilə bir əlaqəmin olmasını istəmirəm. Bu pasportu tutmağa davam etmək mənim üçün bir utancdır”,-deyib.

Bloombergin xəbərinə görə, 54 yaşlı Tinkov aprel ayında Rusiyanın müharibəsinə ilk reaksiya bildirənlərdən olub.

O, bundan sonra daha çox rusiyalı iş adamının vətəndaşlıqdan imtina edəcəyinə ümid etdiyini bildirib.

“Bu, Putinin rejimini və iqtisadiyyatını zəiflədəcək və müharibə məğlubiyyətlə sonlanacaq. Putinin Rusiyasına nifrət edirəm və bu çılğın müharibəyə açıqca qarşı olan bütün rusları sevirəm!”.

Qeyd edək ki, Oleq Tinkov vətəndaşlıqdan çıxan tək zəngin rus deyil. London mərkəzli Revolut Ltd-nin 38 yaşlı baş direktoru Nikolay Storonski də Rusiya vətəndaşlığından imtina edib. Storonski 6,7 milyard dollarlıq sərvəti ilə Bloomberg milyarderlər İndeksinə daxil edilib.

Storonski ilə bərabər digər milyarder Yuri Milner də avqust ayında vətəndaşlıqdan çıxmaq qərarını vermişdi. 3,5 milyard dollarlıq sərvətə sahib olan 60 yaşlı israilli iş adamı 2014- cü ildə Kırımın işğalından sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edib.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti