Liviya “Eni” və BP ilə sazişlər imzaladı

Liviya “Eni” və BP ilə sazişlər imzaladı
  01 Noyabr 2022    Oxunub:635
Liviyanın Milli Neft Şirkəti (NOC) qaz yataqlarının işlənməsi və hasilatına dair İtaliyanın “Eni” və Britaniyanın BP şirkətləri ilə sazişlər imzalayıb.
AzVision.az xəbər verir ki, sazişə görə, “Eni” şirkəti Liviyanın qərbində yerləşən yataqların işlənməsinə 8 milyard dollar sərmayə qoyacaq. Liviya sözügedən qaz yataqlarından ildə 35 milyard dollar gəlir əldə edəcək.

Qey edək ki, Liviyanın Aralıq dənizində təbii qaz ehtiyatları 2,2 trilyon kubmetrdir.

AzVision.az



Teqlər:





Xəbər lenti