Türkiyə və Rusiya taxıl sazişi üzrə dialoqu davam etdirir

   Türkiyə və Rusiya taxıl sazişi üzrə dialoqu davam etdirir
  01 Noyabr 2022    Oxunub:848
Rusiya Ukrayna limanlarından ərzaq ixracı ilə bağlı razılaşmada iştirakını dayandırdıqdan sonra əldə olunan razılaşmalar üzrə Türkiyə və BMT ilə dialoqu davam etdirir.
Bunu Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin deyib. Rusiyanın baş naziri ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında Ukrayna Silahlı Qüvvələrinin Qara dəniz donanmasının gəmilərinə hücumundan sonra Moskvanın sazişdə iştirakını dayandırmağa məcbur olduğunu bildirib.

Onun sözlərinə görə, bundan sonra Sevastopolda yaradılan humanitar dəhlizin təhlükəsizliyinə təminat vermək mümkün deyil.

O qeyd edib ki, bu müqavilələrin perspektivindən asılı olmayaraq, Rusiya builki məhsulu nəzərə alaraq, ən ehtiyacı olan dövlətlərə 500 min tona qədər pulsuz taxıl verməyə, eləcə də ölkəyə münasib qiymətlərlə taxıl tədarük etməyə hazırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti