Latviya Rusiyanın neft kəmərləri ilə bağlı müqaviləsinə yenidən baxmaq istəyir

Latviya Rusiyanın neft kəmərləri ilə bağlı müqaviləsinə yenidən baxmaq istəyir
  01 Noyabr 2022    Oxunub:1091
Latviya hakimiyyəti Rusiya ilə ölkə ərazisindən keçən neft və neft məhsulları boru kəmərlərinin birgə istismarına dair hökumətlərarası sazişə yenidən baxmaq niyyətindədir.
Bu barədə Baltnews portalı məlumat yayıb. Qeyd olunub ki, Latviya dövlət katiblərinin 1993-cü il 2 iyun tarixli sazişə yenidən baxılması üçün görüşü bu həftə baş tutacaq. Latviya hakimiyyəti sənədin dördüncü maddəsini ləğv etmək niyyətindədir.

Bu maddədə əmlak rekvizisiya, müsadirə və milliləşdirməyə məruz qalmasının qadağan olunması yer alıb. Sazişdə Rusiyadan olan hüquqi şəxslər xarici investorlar kimi qəbul edilir və onların Latviya ərazisindəki fəaliyyəti xarici investisiyalar haqqında yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, “Drujba” neft kəmərinin bir hissəsi Latviya ərazisindən keçir və bu, Rusiyadan Avropaya neft ixracını təmin edir.

AzVision.az


Teqlər:





Xəbər lenti