"Səfərbər olunanların 87 mini döyüş bölgələrinə göndərilib" - Şoyqu

   "Səfərbər olunanların 87 mini döyüş bölgələrinə göndərilib" -    Şoyqu
  01 Noyabr 2022    Oxunub:999
Qismən səfərbərlik çərçivəsində çağırılan 300 min nəfərdən 87 mini döyüş bölgələrinə göndərilib. AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
O qeyd edib ki, təlimlərdə əsas səylər səhra hazırlığına, rabitədən istifadə bacarığına, naviqasiyaya və kəşfiyyata yönəldilib.

"Xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi qazanmış üç mindən çox təlimatçı hazırlanaraq işə cəlb olunub”, - Rusiya müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, təlim mərkəzlərində döyüş maşınları və tankların ekipajları, artilleriyaçılar, snayperlər, pilotsuz uçuş aparatları, elektron müharibə və s. üzrə mütəxəssislər hazırlanır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Səfərbər  





Xəbər lenti