Federasiya Şurası İrəvan və Bakı ilə məsləhətləşmələrə başlayıb

Federasiya Şurası İrəvan və Bakı ilə məsləhətləşmələrə başlayıb
  01 Noyabr 2022    Oxunub:783
Rusiyanın Federasiya Şurası tərəflər arasında etimadın yaradılması üçün Azərbaycan və Ermənistanla üçtərəfli parlamentlərarası təmaslara dair məsləhətləşmələrə başlayıb. AzVision.az xəbər verir ki, bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
“Dünənki birgə bəyanatda Rusiya, Azərbaycan və Ermənistan liderləri digər məsələlərlə yanaşı, ictimaiyyət nümayəndələri, ekspertlər arasında dialoqun davam etdirilməsi Rusiyanın yardımı ilə icmalar və dini liderlər, eləcə də iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası təmasların başlanması üçün müsbət atmosferin yaradılmasının vacibliyini vurğulayıblar”, - Kosaçev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, söhbət yeni tapşırığın həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməkdən gedir.

Kosaçev qeyd edib ki, artıq Federasiya Şurası vasitəsilə müvafiq məsləhətləşmələr başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti