"Siyasətdə jestlər çox önəmlidir" - Poqosyan

   "Siyasətdə jestlər çox önəmlidir" -    Poqosyan
  01 Noyabr 2022    Oxunub:967
Xəbər verdiyimiz kimi dünən Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdən öncə isə Rusiya prezidenti ayrı-ayrılıqda hər iki ölkə rəhbərini qəbul edib.
Ermənistan baş nazirinin Vladimir Putinin çətiri altına girərək şəkil çəkdirməsi isə sosial şəbəkələrdə ən çox müzakirə olunan detallardan biri oldu. Maraqlıdır ki, erməni siyasi ekspertlər də Kremlin bununla müəyyən siyasi mesajlar ünvanladığını düşünürlər.

Məsələn, politoloq Ara Poqosyan "Mamul"a açıqlamasında qısa şəkildə deyib ki, bunun böyük siyasi anlamı var: “Siyasətdə jestlər və simvollar çox önəmlidir... Rusiya tez-tez deyirdi ki, müttəfiqləri onun "nüvə çətir"i altındadır. Əlbəttə, o da məlum oldu ki, məsələ təkcə müttəfiq Ermənistanla bağlı deyil. Bəs konkret olaraq bu şəklin mesajı nə idi? Hər halda ümid edək ki, bu mesaj yuxarıda qeyd etdiyimiz “nüvə çətir”i mənasında deyildi".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti