Soçi görüşü ilə bağlı birgə bəyanat razılaşdırılıb

   Soçi görüşü ilə bağlı birgə bəyanat razılaşdırılıb
  31 Oktyabr 2022    Oxunub:810
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.

"Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək. Rusiya regionda dialoqun davam etdirilməsi və münaqişəyə son qoyulması üçün Ermənistan və Azərbaycanla təmasdadır. Ümumi fikir bundan ibarətdir ki, çox faydalı görüş oldu. Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı".

"Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam", - Rusiya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu, bütövlükdə vəziyyətin həlli üçün növbəti addımların atılmasına şərait yaradır. Putin əlavə edib ki, Rusiya öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər şeyi edəcək.


AzVision.az






Teqlər:





Xəbər lenti