Bild: Almanların yarıdan çoxu kanslerdən narazıdır

      Bild:    Almanların yarıdan çoxu kanslerdən narazıdır
  31 Oktyabr 2022    Oxunub:737
“İnsa” sosioloji şirkətinin araşdırmasına görə, almanların yarıdan çoxu kansler Olaf Şoltsun öz vəzifələrinin öhdəsindən gəlmədiyinə inanır.
AzVision.az xəbər verir ki, araşdırmanın nəticələrini “Bild” qəzeti dərc edib. Almanların 24%-i Şoltsun “cari çətinliklərin öhdəsindən tamamilə gələ bilməyəcəyinə” inanır. Respondentlərin 31%-i isə əmindir ki, kansler hökumət başçısının vəzifələrinin öhdəsindən gələ bilmir. Almaniya sakinlərinin yalnız 37%-i diplomatın “hər şeyi yaxşı başa düşdüyünə” inanır.

Qəzetin yazdığına görə, kansler seçkiləri indi keçirilsəydi, o zaman respondentlərin 27%-i birbaşa səs vermək imkanı əldə etmək şərti ilə Şoltsa səs verəcəkdi. Vətəndaşların 15%-i Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının sədri Fridrix Mertsə səs verəcəkdi. Respondentlərin 49%-i isə onlardan heç birini seçməyəcək.

Nəşrin müəllifləri qeyd edirlər ki, almanlar kanslerin Hamburq limanındakı payını Çinin dövlət şirkətinə satmaq qərarından sonra onun səlahiyyətinə şübhə etməyə başlayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti