Soçidə Ceyhun Bayramov, Lavrov və Mirzoyan arasında görüş keçirilir

   Soçidə Ceyhun Bayramov, Lavrov və Mirzoyan arasında görüş keçirilir
  31 Oktyabr 2022    Oxunub:629
Rusiyanıın Soçi şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir. Eyni zamanda üç ölkənin xarici işlər nazirləri ayrı-ayrılıqda danışıqlar aparırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti