Avropa İttifaqı “SEPAH”ı terror təşkilatı kimi tanıyacaq

   Avropa İttifaqı    “SEPAH”ı terror təşkilatı kimi tanıyacaq
  31 Oktyabr 2022    Oxunub:642
Almaniya və Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalen Berbok deyib. “Keçən həftə açıq şəkildə bildirdim ki, biz yeni sanksiyalar paketi tətbiq edəcəyik, həmçinin SEPAH-ı terror təşkilatı kimi tanıya biləcəyimizi də araşdıracağıq”-deyə, nazir bildirib.

Burbok onu da bildirib ki, İranın nüvə proqramı üzrə Tehranla Qərb arasında razılaşmaya dair danışıqlar hazırda davam etmir.

Almaniya keçən həftə Aİ-nin artıq elan etdiyi sanksiyalar paketinə əlavə olaraq, İrana qarşı məhdudiyyətləri gücləndirdiyini açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti