"Rusiya taxıl müqaviləsi ilə bağlı təmaslarını davam etdirir" - Peskov

Peskov həmçinin taxıl müqaviləsinin mümkün davamı üçün Moskvanın şərtlərini hələ də açıqlamayıb.
“Mən hələ bu suala cavab verməyə hazır deyiləm, bu, asan deyil”, - Kreml sözçüsü bildirib. Eyni zamanda, Peskov taxıl sövdələşməsi ilə bağlı “əlaqələrin davam etdiyini” qeyd edib.
O əlavə edib ki, taxıl sazişinin Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətin ki, mümkün olsun, belə daha çox risklidir.
Peskovun sözlərinə görə, Rusiya taxıl sazişindən çıxdıqdan sonra ən kasıb ölkələri dəstəkləməyə davam edəcək. Bununla bağlı konkret tədbirlər hələ işlənməyib:
"Fürsətdən istifadə edərək, xatırlatmaq istərdim ki, bu saziş çərçivəsində tədarük olunan taxılın yalnız kiçik bir hissəsi ən kasıb ölkələrin payına düşüb, qalanları Avropada olan yoxsul olmayan ölkələr alıb. Biz bunu necə edəcəyik mürəkkəb, çətin sualdır, hələlik biz Rusiya tərəfinin azalan həcmləri hesabına kompensasiya etməyə hazır olduğuna zəmanət verə bilərik”, - Peskov izah edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: