Ərdoğan : "Qarşıdan gələn yüz ilə baxışımızı qardaş ölkələrlə birgə təsəvvür edirik"

Prezident Ərdoğan deyib: “Dünyanın fərqli bölgələrində insanı bir vasitə deyil, şəxsiyyət kimi qəbul edərək göstərilən səylərin arxasında ortaq mədəniyyətimizin yer aldığını görürük.
Türk tibb dünyası olaraq bu təfəkkürü öz sahəmiz üzrə hər an, hər vəsilə ilə həyata keçirməliyik. İnkişaf etmiş ölkələr kimi xarakterizə edilən dövlətlər yalnız sağlamlıq baxımından müəyyən səviyyədən yuxarı olan insanlara xidmət göstərir. Pandemiya ilə mübarizədə inkişaf etmiş ölkələrdə insanların xəstəxananın qapısına belə yaxın gətirilməməsinin də şahidi olduq. Həm daxili xidmətlə, həm də xaricdə verdiyimiz dəstəklə pandemiya ilə bağlı sınağımızı keçdik. Biz heç bir ayrı-seçkiliyə yol vermədən bəşəriyyət üçün əlimizdə olan bütün vasitələri səfərbər etmişik.
Məqsədimiz Türkiyə əsri baxışı çərçivəsində “Sağlamlıq Türkiyə” brendi ilə ölkəmizi beynəlxalq səhiyyə xidmətləri sahəsində zirvəyə çatdırmaqdır. Ölkəmizi dünyanın şəfa mərkəzinə çevirəcək bu işləri birlikdə davam etdirməyi təklif edirik. Biz geniş infrastrukturumuzu, təlim keçmiş insan resurslarımızı, elmimizi, texnologiyamızı və istehsal gücümüzü davamlı olaraq inkişaf etdirmək əzmindəyik”.
“Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunan beynəlxalq tədbirdə çıxış edən Türkiyənin səhiyyə naziri Fahrettin Koca böyük türk dünyasının bir hissəsi olan ölkələrlə Türkiyənin daha da güclü olduğunu vurğulayıb.
Pandemiyanın səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı olduğunu deyən nazir bildirib ki, qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə ən öndə oldular. Həm pandemiya, həm də Rusiya-Ukrayna qarşıdurması səhiyyə sistemimizin güclü olmasının vacibliyini göstərdi. Ortaq hərəkət edərək, öz dərman və ləvazimatlarımızı istehsal edə bilən böyük bir ailə olmalıyıq. Son 20 ildə türk səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır, şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya tərəfindən qibtə ilə izlənməkdədir.
Konqresdə çıxışı zamanı “Son illərdə əldə etdiyimiz qazanclarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atdıq. Türk birliyinin əsası qoyulmuşdur”, - deyən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Səmərqənddəki Liderlər Zirvəsi ilə münasibətlərimizin yeni bir boy qazanacağını bildirib.
AzVision.az
Teqlər: