Simonyan: "Rusiyasız Ermənistan mövcud olmayacaq"

      Simonyan:    "Rusiyasız Ermənistan mövcud olmayacaq"
  31 Oktyabr 2022    Oxunub:1001
“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının rəhbəri Marqarita Simonyan erməni xalqına çağırış edib. AzVision.az xəbər verir ki, o, “başa düşməlisiniz ki, Rusiyasız Ermənistan olmayacaq” deyib.
“Ermənistan vətəndaşları, xüsusən də Paşinyana səs verənlər anlamalıdırlar ki, Rusiyasız Ermənistan olmayacaq. Mən hələ Qarabağ haqqında danışmıram. 44 günlük müharibəni kim dayandırdı? Onu şəxsən Vladimir Vladimiroviç Putin dayandırdı", - Simonyan NTV kanalının efirində deyib.

Zatulindən sonra Simonyanın da İrəvana girişi qadağan edildi
Onun fikrincə, “Ermənistan Respublikasının hazırkı hökuməti İrəvanı ABŞ-ın tərəfinə çəkməyə çalışır”.

Xatırladaq ki, Simonyan bu yaxınlarda Ermənistanın qara siyahısına düşüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti