Ukraynada 23 gürcü könüllü öldürülüb

Ukraynada    23 gürcü könüllü    öldürülüb
  31 Oktyabr 2022    Oxunub:1176
Ukraynada genişmiqyaslı müharibə zamanı 23 gürcü könüllü həlak olub. AzVision.az xəbər verir ki, bu barədə “Novosti Qruziya” nəşri məlumat yayıb.
Bildirilir ki, sonuncu ölən şəxs 40 yaşlı Quqa Qaqnidze olub. Həmin könüllü Ukrayna Silahlı Qüvvələrinin 25-ci Hava Desant Briqadasında xidmət edib.

Nəşrin məlumatına görə, Qaqnidze Baxmut yaxınlığında yaxın təmasda aparılan döyüşlər zamanı ölüb.

Qeyd edək ki, Ukraynada dünyanın 52 ölkəsindən döyüşçülərin daxil olduğu “Beynəlxalq Legion” yaradılıb.

Ümumilikdə isə Ukrayna müharibəsi başlayandan həm Rusiya, həm də Ukrayna tərəfdən xeyli sayda könüllü döyüşlərə qatılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Könüllü   Müharibə  





Xəbər lenti