"Putin araq, mən isə çaxır göndərirəm" - Liderlərin doğum günü hədiyyələri

   "Putin araq, mən isə çaxır göndərirəm" -    Liderlərin doğum günü hədiyyələri
  31 Oktyabr 2022    Oxunub:1968
İtaliyanın keçmiş Baş naziri, hakim koalisiyadan olan “İrəli İtaliya” partiyasının lideri, senator Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinlə etdiyi zarafatdan danışıb.
Berluskoni bildirib ki, Putinin doğum günündə ona lambrusko çaxırı göndərib. Rusiya Prezidenti isə Berluskoniyə ad gün hədiyyəsi kimi 20 şüşə araq yollayıb.

"Ancaq hamı bunun zarafat olduğunu başa düşürdü",- keçmiş Baş nazir telejurnalist Bruno Vespeyə müsahibəsində deyib.

Berluskoninin 20 şüşə araqla bağlı dediklərini Rusiya dövlət başçısının köməkçisi, mətbuat katibi Dmitri Peskov nə təsdiq, nə də təkzib edib.

Həmçinin, bu yaxınlarda 17-ci dəfə baba olmuş Berluskoni əlavə edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra iki dəfə Putinlə əlaqə saxlamağa cəhd edib, lakin heç bir cavab ala bilməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti