Asma körpünün uçması nəticəsində ölənlərin sayı 91-ə çatıb

   Asma körpünün uçması nəticəsində ölənlərin sayı 91-ə çatıb
  30 Oktyabr 2022    Oxunub:925
Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı artıb.
AzVision.az xəbər verir ki, bu barədə NDTV televiziyası məlumat yayıb.

Kanalın xəbərinə görə, hadisə zamanı 91 nəfər həlak olub, 70-dən çox zərərçəkən xəstəxanaya yerləşdirilib.

Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb və 100-dən çox insan su altında qalıb.

Faciə yerində olan mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca bildirib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlar, eləcə də qocalardır.

AzVision.az


Teqlər:





Xəbər lenti