“Paşinyan deyibsə, deməli əsasları olub” - Rusiya XİN

“Hələ bir çox problemlər var. Düşünürəm ki, onların hamısı, sabah Soçidə keçiriləcək görüş zamanı müzakirə olunacaq".
Ermənistanın baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirən Rudenko qeyd edib ki, həyatda hər şey ola bilər.
"Ermənistan liderinin yəqin ki, belə deməyə əsasları var ”, - o bildirib. Rudenko sammitin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bəyan etməsinin müzakirə edilib-edilməməsi ilə bağlı məsələyə də aydınlıq gətirib.
"Kontinget 3 tərəfli bəyanata uyğun olaraq yerləşdiriləcək. Onun dəqiq mandatı var - beş il. Hələ 5 il keçməyib", - o əlavə edib
Şahanə Rəhimli
AzVision.az
Teqlər: