Paşinyan Rusiyaya gedir

"Oktyabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. O, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü planlaşdırılır", - məlumatda deyilir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Soçidə keçiriləcək üçtərəfli sammitdə iştirakını təsdiqləyib.
AzVision.az
Teqlər: