Hindistanda körpü uçdu, 40 nəfər öldü

   Hindistanda körpü uçdu,    40 nəfər öldü
  30 Oktyabr 2022    Oxunub:1033
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Körpü üzərində 500-ə yaxın insanın olduğu zaman uçub. İnsident nəticəsində 100-dən çox insan suya düşüb.

Faciə Maçhu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin üzünə açılıb.

Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına baş nazir Narendra Modi rəhbərlik edir.

Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün kabellərində çox sayda insanın asılı olduğu görünür. Digərləri isə özlərini xilas etmək üçün çaya atılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti