Ermənistanda əsgərlər arasında silahlı insident: Ölən var

   Ermənistanda əsgərlər arasında silahlı insident:    Ölən var
  30 Oktyabr 2022    Oxunub:859
Ermənistanda orduda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir hərbçi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində keçinib.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti