Somalidə nazirliyə hücum 30 nəfərin ölümü ilə nəticələnib

Somalidə nazirliyə hücum 30 nəfərin ölümü ilə nəticələnib
  29 Oktyabr 2022    Oxunub:965
Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu zamanı 30 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə şənbə günü “Sky News Arabia” telekanalı məlumat yayıb.

Hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.

AzVision.az



Teqlər: Somali   Terror  





Xəbər lenti