Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
  29 Oktyabr 2022    Oxunub:999
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədindəki fəaliyyətini müzakirə ediblər.

Görüş zamanı regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar, Qarabağ ətrafında fikir mübadiləsi aparılıb.

Aİ-nin xüsusi nümayəndəsi və Ermənistan hökumət başçısı regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması, həmçinin sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı məsələləri də müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti