İranda etirazçıların ölümünə səbəb olan polis rəisi işdən çıxarıldı

   İranda etirazçıların ölümünə səbəb olan polis rəisi işdən çıxarıldı
  29 Oktyabr 2022    Oxunub:1370
İranda etirazlar zamanı onlarla insanın öldüyü Sistan və Bəlucistan əyalətlərinin mərkəzi Zahidan şəhərinin polis rəisi vəzifəsindən uzaqlaşdırılıb və haqqında rəsmi araşdırma başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Agentlik polis bölməsinin komissarının da işdən çıxarıldığını açıqlayıb.

Əyakələtfəki təhlükəsizlik şurası “silahlı müxalifətin" günahlandırdığı hadisələrdə polisin düzgün hərəkət etmədiyini bəyan edərək, hüquqi araşdırma aparılacağını və ölənlərin yaxınlarına təzminat ödəniləcəyini qeyd edib.

Qeyd edək ki, beynəlxalq insan haqları təşkilatları əhalisinin əksəriyyətinin sünni Bəlçuqların olduğu Zahidan şəhərində etirazlar zamanı ən azı 66 nəfərin öldüyünü açıqlamışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti