"Ukrayna taxılı 100 milyon insanı ifrat yoxsulluqdan xilas etdi" - BMT

   "Ukrayna taxılı 100 milyon insanı ifrat yoxsulluqdan xilas etdi" -    BMT
  29 Oktyabr 2022    Oxunub:1415
Ukraynadan çıxan taxıl 100 milyon insanı ifrat yoxsulluqdan xilas edib. AzVision.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, Ukraynadan ərzaq ixracının bərpası buğda və digər məhsulların qiymətinin aşağı düşməsinə əhəmiyyətli dərəcədə kömək edib.

Milyonlarla insanı aclıq gözləyir - FAO

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) Ərzaq İndeksi ardıcıl 7 aydır ki, azalır. Bizim hesablamalarımıza görə, Dünya Bankının modelinə əsaslanan əsas ərzaq məhsullarının aşağı qiymətləri dolayı yolla 100 milyona yaxın insanı ifrat yoxsulluqdan çıxarıb", - BMT rəsmisi vurğulayıb.

Təşkilat həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasına çağırıb.

"Ukraynadan taxıl və gübrə ixracının asanlaşdırılmasına dair sazişin ilkin müddəti 120 gündür və tərəflərdən heç biri etiraz etmədiyi təqdirdə, noyabrın 19-da avtomatik olaraq uzadıla bilər. Biz bütün tərəfləri Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası üçün hər cür səy göstərməyə və hər iki sazişi tam həcmdə yerinə yetirməyə çağırırıq”, - BMT Baş katibinin sözçüsü Stefan Düjarrik açıqlamasında qeyd edib.

Qeyd edək ki, bundan öncə NATO da Rusiyanı noyabrda başa çatacaq “taxıl sazişi”ni yeniləməyə və Qara dənizin böyük hissəsini müharibə zonasına çevirən təcavüzü dayandırmağa çağırmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Taxıl   Ukrayna   BMT  





Xəbər lenti