Lukaşenko: Ermənistanla Azərbaycan arasındakı məsələ İlham Əliyevlə həll edilməlidir

      Lukaşenko:    Ermənistanla Azərbaycan arasındakı məsələ  İlham Əliyevlə həll edilməlidir
  28 Oktyabr 2022    Oxunub:1377
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin növbədənkənar çağırılan iclasında bir sıra suallara cavab verib.
AzVision.az xəbər verir ki, Belarus Prezidenti Azərbaycanı doğma ölkə adlandırıb.

"Azərbaycan bizə doğma dövlətdir ."KTMT" və Azərbaycanı qarşı- qarşıya qoymaq olmaz", deyə Lukaşenko çıxışında qeyd edib.

Aleksandr Lukaşenko həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasındakı məsələ indi - prezident İlham Əliyevlə, danışıqların aparıla biləcəyi liderlə həll edilməlidir.

"...Azərbaycana İlham Əliyev başçılıq edir. Ona görə də bu məsələlər indi həll olunmalıdır. Azərbaycanın indiki rəhbərliyi ilə. Azərbaycanın arxasında hər kim dayanıbsa da... Deyirlər Türkiyədir və s. Hə, nə olsun ki?! Bu, siyasətdir...Türklər Azərbaycanı dəstəkləyir, çünki onlar yaxın və doğmadırlar”, deyə Belarus lideri bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti