Putin Əliyev və Paşinyanla ayrıca görüşəcək

   Putin Əliyev və Paşinyanla ayrıca görüşəcək
  28 Oktyabr 2022    Oxunub:724
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə liderlər - Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar baş tutacaq.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl Soçidə keçiriləcək üçtərəfli sammitdə iştirakını təsdiqləmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti