"Zatulin məsələsini Britaniya kəşfiyyatı hazırlayıb" - Qeqamyan

   "Zatulin məsələsini Britaniya kəşfiyyatı hazırlayıb" -    Qeqamyan
  28 Oktyabr 2022    Oxunub:1217
Bu gün Ukraynada Ermənistanın dövlətçilik məsələsi həll olunur. AzVision.azxəbər verir ki, bunu Ermənistan-Rusiya "Lazarev klubu"nun 5-ci iclasında çıxış edən eks-deputat, Milli Birlik Partiyasının rəhbəri Artaşes Qeqamyan deyib.
O, Ukraynada Qərbə və NATO-ya qarşı müharibə zamanı həlak olan rus əsgərlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

"Rusiya Qarabağ intriqalarını qızışdırmağa görə cavab verməlidir" - Manukyan
Qeqamyan bəyan edib ki, Paşinyanın açıqlamalarında onun şəxsi fikirlərini axtarmaq düzgün deyil. Baş nazirin dediyi hər sözü ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları göndərir. Orada hazırlanan mətnlər yalnız bu iki dövlətin maraqlarını güdür.

"Onlar Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışırlar" deyən Qeqamyan həm də Konstantin Zatulini Ermənistanda arzuolunmaz şəxs elan etmək kimi hiyləgər texnologiyadan danışıb. Onun fikrincə, Böyük Britaniya kəşfiyyatı məlum prosesi əvvəlcədən planlaşdırırmış.

"Zatulinin, Marqarita Simonyan və Tiqran Keosayanın Ermənistan hakimiyyəti tərəfindən arzuolunmaz şəxslər kimi tanınması İrəvanda oturanların anti-Rusiya hakimiyyəti olmasından xəbər verir", - Qeqamyan qeyd edib.

O, rusiyalı həmkarlarına müraciət edərək bildirib ki, 2018-ci ildə Ermənistanda satanist-sorosçu qüvvələr hakimiyyətə gələndə regionda xaos başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Zatulin  





Xəbər lenti