Rusiyada hərbçilər qəzaya düşdü: Ölənlər var

   Rusiyada hərbçilər qəzaya düşdü:    Ölənlər var
  28 Oktyabr 2022    Oxunub:902
Arxangelsk vilayətinin Plesetsk rayonunda hərbçinin idarə etdiyi “KamAZ” markalı avtomobil çağırışçı karvanına çırpılıb. Bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Toqquşma nəticəsində iki nəfər həlak olub. Biri hadisə yerində, ikincisi ertəsi gün xəstəxanada dünyasını dəyişib. Daha 11 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücüsü müqavilə əsasında xidmət edirmiş.Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır, şərait və səbəblərini aydınlaşdırır. Rusiya Müdafiə Nazirliyi hələlik insidentlə bağlı şərh verməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti