İlon Mask “Tvitter”də müvəqqəti işləyəcək

   İlon Mask “Tvitter”də müvəqqəti işləyəcək
  28 Oktyabr 2022    Oxunub:598
Amerikalı milyarder İlon Maskın müvəqqəti olaraq “Tvitter” kompaniyasının baş direktoru vəzifəsini icra edəcəyi gözlənilir.
AzVision.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, İlon Mask bu postda “Twitter” kompaniyasının baş direktoru vəzifəsindən qovulduğu iddia edilən Paraq Aqravalı əvəzləyəcək.

CNBC teleradio şirkəti İlon Maskın “Tvitter” kompaniyasına rəhbərliyi ələ aldığını, Paraq Aqraval və maliyyə direktoru Ned Siqal da daxil olmaqla, əvvəlki rəhbərliyin baş ofisi tərk etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, İlon Mask “Tvitter” kompaniyasını 44 milyard dollara aldığı barədə sənədi oktyabrın 27-də axşam saatlarında imzalayıb. O, sövdələşməyə dair rəyləri belə şərh edib: “Quş azaddır”.

AzVision.az



Teqlər:





Xəbər lenti