Ukraynada “Bayraktar” zavodu nə vaxta hazır olacaq?

   Ukraynada “Bayraktar” zavodu nə vaxta hazır olacaq?
  28 Oktyabr 2022    Oxunub:1093
Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.
AzVision.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin baş icraçı direktoru Haluk Bayraktar məlumat verib. Onun sözlərinə görə, “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatları istehsal edən şirkət bu il keçən illə müqayisədə təxminən 50 faiz çox, təxminən 1 milyard dollar ixrac gəliri əldə edəcək.

“TB2 istehsal gücümüz ayda 20 ədəddir. 2023-cü il üçün hədəfimiz ayda ən azı 30 ədəd etməkdir. TB2-nin qısa uçuş-enmə zolağına uyğunlaşdırılmış versiyası olan TB3 dronunun sınaqları 2023-cü ilin sonuna qədər başa çatacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti