"İrəvan-Bakı sülh müqaviləsinin imzalanmasına töhfə verəcəyik" - Matvienko

   "İrəvan-Bakı sülh müqaviləsinin imzalanmasına töhfə verəcəyik" -    Matvienko
  28 Oktyabr 2022    Oxunub:1046
Rusiya Ermənistan və Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün vasitəçilik səylərini davam etdirəcək.
AzVision.azxəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Rusiya vasitəçi rolunda çıxış edib və fəaliyyət göstəri. Yardım göstərəcəyik ki, iki dövlət sülh müqaviləsinin imzalasın”, - Matviyenko Milli Məclisin spikeri Sahibə Qafarova ilə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində görüşündə qeyd edib.

Federasiya Şurasının sədri xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı bildirib ki, Rusiya regionda sülhün əldə olunmasına kömək edəcək istənilən qərarı dəstəkləyəcək və bu, hər iki ölkənin maraqlarını nəzərə almalıdır.

"Həm Ermənistan, həm də Azərbaycan yekunda sərhədin demarkasiyası və problemli məsələlərdə həll yollarını tapmalıdır", - Matviyenko vurğulayıb.

Tural Tağıyev

AzVision.az



Teqlər: Sülh   Bakı   İrəvan  





Xəbər lenti