Xarkov vilayətində kütləvi məzarlıq tapılıb

   Xarkov vilayətində kütləvi məzarlıq tapılıb
  28 Oktyabr 2022    Oxunub:718
Ukraynanın Xarkov vilayətinin Borovski rayonunda kütləvi məzarlıq aşkar edilib.
Məzarlıqda azı 17 mülki şəxsin və hərbçinin cəsədi tapılıb. Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib. Qeyd olunub ki, kütləvi məzarlıq barədə Kopanki kəndinin sakinləri məlumat veriblər.

Sakinlər istintaqa bildiriblər ki, rusiyalılar bütün ərazi boyu ölənlərin cəsədlərini toplayıblar. Aprelin 13-də onları iki yük maşını ilə gətiriblər. Ekskavatorla 3 metr dərinlikdə çuxur qazıb, bütün meyitləri ora atıblar. Sonra basdırılma yerinin üzərini tanklarla hamarlayıblar. Çıxarılan bütün cəsədlər ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndəriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti