İsrail ordusu sərhədə qadın tankçılar yığacaq

   İsrail ordusu sərhədə qadın tankçılar yığacaq
  28 Oktyabr 2022    Oxunub:1792
İsrail ordusu qadınların sərhəddə tank operatoru kimi xidmət etməsinə rəsmi icazə verib. Bu barədə Haaretz məlumat verir.
İsrail ordusunun baş qərargah rəisi Aviv Koçavi qadınların zirehli korpusda döyüş mövqelərinə inteqrasiyası üzrə pilot layihənin uğurla başa çatdığını bildirib. Bundan sonra qadınlar daimi olaraq İsrail sərhədlərinə tank operatoru kimi göndərilə bilər.

Nəşrin məlumatına görə, qadınların İsrail zirehli korpusuna tank operatoru kimi inteqrasiya prosesi 2019-cu ildə ravvinlərin təzyiqi ilə dondurulduqdan sonra iki il əvvəl bərpa edilib. Onlar əsasən Misirlə sərhəddə yerləşdiriləcək, lakin Qəzza ilə sərhəddə və şimalda da yerləşdirilə bilər.

Bundan əvvəl Rusiyanın Dövlət Duması iki illik hərbi xidmətin qaytarılması və qadınların hərbi xidmətə çağırılması ilə bağlı təklifləri tənqid edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti